8 Avqust 2017 00:47
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Qətər hərbi dəniz donanmalarının birgə təlimləri başa çatıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə Əmirliyin Hava Qüvvələri, Ortaq Özəl Qoşunlar, Xüsusi Dəniz Qüvvələri, Sərhəd Təhlükəsizlik İdarəsi, Türkiyənin Hərbi Dəniz Donanma qüvvələrinin heyətləri iştirak ediblər.

Təlimlər "dəniz terroru, piratlarla mübarizə" və "şübhəli gəmilərə hücumun təşkili" kimi iki mərhələdən ibarət olub.

Təlimlərdə Türkiyədən 214 hərbçi iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər