Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, gənc mağazadan köynək, qalstuk və corab oğurlayıb. Gənc polisə ifadəsində bildirib ki, işə düzəlmək üçün rəsmi görüşə dəvət alıb və yaxşı görünmək üçün təzə geyimə ehtiyacı olub.
Polis gəncin arzusunu yerinə yetirib. Onun oğurladığı paltarların pulunu öz cibindən kassaya ödəyib və gənci sərbəst buraxıb.
Kanadalılar polisin bu hərəkətini təqdir ediblər. Hətta müdriyyət də polisin əməlini alqışlayıb.