9 Avqust 2017 17:31
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər rəhbərliyi 80 ölkə ilə viza rejimini ləğv etmək qərarına gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Qətər turizm idarəsi, hava yolları və daxili işlər nazirliyi rəhbərlikləri paytaxt Dohada mətbuat konfransı keçiriblər.

Turizm idarəsinin rəhbəri Həsən əl-İbrahimi bu addımı tarixi dəyişiklik kimi qiymətləndirib. Onun fikrincə, qərar ölkəyə gələn turistlərin sayını kifayət qədər artıracaq.

Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.


Müəllif: Samir

Oxşar xəbərlər