Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Yaponiyanın yeni Müdafiə naziri İtsunori Onodera açıqlama verib.
Onun sözlərinə görə, Yaponiya Şimali Koreya tərəfindən atılan istənilən raketi zərərsizləşdirəcək.
Bu arada, Cənubi Koreya da Pxenyan hökumətinə xəbərdarlıq edib.
Bəyanatda bildirilib ki, Şimali Koreyadan Quam adasına hər hansı hücum olsa, ABŞ və Cənubi Koreya buna sərt cavab verəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ballistik raket sınağı ilə əlaqədar Şimali Koreyaya layiqli cavab veriləcəyini açıqlamışdı.
Bundan sonra, Şimali Koreya lideri Kim Çen İn Vaşinqtonu ABŞ-ın Quam adasındakı bazasını vurmaqla hədələmişdi.