Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədəki iri yumurta istehsalçılarının istehsal etdiyi yumurtalardan nümunələr götürüləcək. Araşdırmalar çərçivəsində nazirliyə bağlı laboratoriyalara göstəriş verilib ki, Türkiyədəki yumurtalarda sözügedən maddənin olub-olmaması müəyyənləşdirsinlər.
Qeyd edək ki, fipronil maddəsi heyvanlarda bit, birə və gənələri yox etmək üçün istifadə olunan dərmandır. Avropa İttifaqı qanunlarına görə sözügedən maddənin insanların ətindən istifadə etdiyi ev quşları və heyvanlar – toyuqlar, iri və xırda buynuzlular üçün istifadəsi qadağandır. Əgər bu maddə heyvanların üstünə səpilərsə, dərman heyvanın dərisi vasitəsi ilə əmilir və o heyvanın məhsulu olan süd və ya yumurtaya keçir. Bu da insan orqanizmi üçün təhlükəlidir. Fibronil maddəsi insanın böyrək, qaraciyər və tiroid vəzlərini sıradan çıxara bilir. Dünya Səhiyyə Təşkilatı bu dərmanı insanın ölümü üçün “orta dərəcəli təhlükə” hesab edir.