Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriel Krımın statusu ilə bağlı diskussiyaların müvəqqəti olaraq təxirə salınması və diqqəti Donbasda atəşkəsin əldə olunmasına yönəltməyi təklif edib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, almaniyalı nazir bu barədə bu gün "Kolner stadt-anzeiger" qəzetinə müsahubəsində bildirib.
"Biz Krım barədə diskussiyalara ehtiyac hiss etmirik. Biz Ukraynanın şərqində sülhə necə nail olmaq haqqında düşünməliyik. Bu, Rusiya ilə əlaqələrdə gərginliyin tədricən aradan qalxması üçün şərtdir" - Ziqmar deyib.