Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın ruslara qeyri-immiqrasiya vizasının əvvəlcə dayandırılacağına, daha sonra isə məhdudlaşdırılmış şəkildə veriləcəyinə münasibət bildirib.
Teleqraf.com “RİA-Novosti”yə istinadən xəbər verir ki, XİN rəhbəri Moskvanın əlavə olaraq Vaşinqtonun hərəkətlərini analiz etdiyini bildirib.
Lavrov əmin edib ki, Rusiya amerikalılara pislik etməyə hazırlaşmır.