Kubada baş verən insidentlər nəticəsində ABŞ səfirliyinin 16 əməkdaşı xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bəyan edib.
O, araşdırmanın davam etdiyini bildirib:
“Bu vəziyyətdən ciddi narahatlıq keçiririk. Hesab edirik ki, ABŞ-ın Havanadakı səfirliyinin bir neçə əməkdaşı xüsusi cihazlar vasitəsi ilə “akustik hücuma” məruz qalıb”.
İnsidentlərin təfərrüatları açıqlanmayıb.
“CBS News” telekanalı məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən ABŞ və Kanadanın bir neçə diplomatına yüngül kəllə-beyin travması diaqnozu qoyulduğu barədə məlumat yayıb.