26 Avqust 2017 00:53
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabil şəhərindəki İmam Zaman məscidinə hücum nəticəsində ölənlərin sayı 30-a çatıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yaralananların sayı isə 80 nəfərə çatıb.

Qeyd edək ki, bir neçə nəfər məscidə hücum edərək mühafizəçini qətlə yetirib və içəriyə daxil olublar. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər