Asadjon Xocayev Özbəkistan prezidenti Şavkat Mirziyoyevin mətbuat xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə daryo.uz internet nəşri hökumətdəki mənbəyə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, məmurun işdən uzaqlaşdırılması bu günlərdə Səmərqənddə keçirilən “Şərq təranələri” musiqi festivalının təşkili zamanı yol verdiyi nöqsanlarla bağlıdır.
Xocayev prezidentin mətbuat xdmətinin rəhbəri vəzifəsinə bu ilin martında təyin olunmuşdu.