3 Sentyabr 2017 23:12
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın hidrogen döyüş başlığını sınaqdan keçirməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, D. Tramp "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Şimali Koreya böyük nüvə sınağı keçirib.

D. Tramp Şimali Koreyanın sözlərinin və hərəkətlərinin ABŞ üçün çox təhlükəli və düşməncəsinə olduğunu vurğulayıb.

Eyni zamanda bildirilir ki, Ağ Ev Şimali Koreyaya qarşı yeni sanksiyaları gözdən keçirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər