11 Sentyabr 2017 11:45
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq təhlükəsizlik qüvvələri Mosul yaxınlığında 1400 nəfəri əsir götürüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əsir götürülən şəxslər İŞİD terror təşkilatının döyüşçüləri və onların ailə üzvləridir.

Polisin məlumatına görə, onların arasında Türkiyə, Tacikistan, Azərbaycan və Rusiya vətəndaşları üstünlük təşkil edir.

Qeyd olunub ki, hazırda əsir götürülən şəxslərin həqiqi kimliklərinin araşdırılması prosesi gedir.


Müəllif: Samir

Oxşar xəbərlər