16 Sentyabr 2017 19:35
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn ölkəsinin nüvə silahı qüvvələlərinin yaradılması prosesinin başa çatdığını bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kim Çen Şimali Koreyanın nəhəng gücə malik şovinistlərə (Qərb – red) ölkənin öz məqsədinə çatdığını sübut etməli olduğunu deyib.

Onun sözlərinə görə, KXDR ordusu istənilən hədəfi anında məhv etməyə hazırdır.

Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə sentyabrın 15-də ballistik raket sınağı keçirib.


Müəllif: Samir

Oxşar xəbərlər