ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında Afrika ölkələrinin liderləri qarşısında çıxışı zamanı kobud səhvə yol verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, dünyada mövcud olmayan ölkə adı səsləndirib:
“Qvineya və Nigeriya ebola virusu ilə mübarizə apardı. Nambiyanın səhiyyə sistemi isə daha da irəliləyib”.
Tramp çıxışı zamanı “Nambiya” sözünü işlədib. Qeyd olunub ki, ABŞ prezidenti bununla ya Qambiya, ya da Namibiyanın adını çəkmək istəyirmiş.