Londonda onlarla insan zəhərlənib.
Teleqraf.com xəbər verir ki, Londonun şərqində yerləşən Startford şəhərində küçə davası zamanı 6 nəfər yaralanıb. Şəhərin məşhur alış-veriş mərkəzi olan Startford Mərkəzdə iki qrup arasında dava düşüb, nəticədə tərəflərdən biri təhlükəli maddədən istifadə edib. Bu zaman 6 nəfərin tənəffüs sistemində problem yaranıb, onlardan üçü təcili xəstəxanada yerləşdirilib.
Polis faktla bağlı cinayət işi açıb.