24 Sentyabr 2017 23:58
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kim milyoner olmaq istər?” yarışmasının dünən axşam yayımlanan bölümündə maraqlı anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, 19 yaşlı Çağdaş İrfan İldırım 1 milyonluq sualı açdırmağa nail olub.

Yarışmanın 1 iştirakçı üçün nəzərdə tutulmuş ən son sualı isə belə olub:

Qurani-Kərimdə nəyə and içilməyib?”

Variant olaraq, dəniz, Günəş, arı, qələm cavabları təqdim olunub.

Təssüf ki, iştirakçı geri çəkilərək, cavab verməkdən imtina edib və şounu 250 min türk lirəsi ilə tərk etməli olub.

Aparıcının “Əgər çəkilməsəydin, hansı variantı seçərdin?” sualına o, “arı” olaraq, cavab verib.

Bu variant doğru olduğu üçün iştirakçı və tamaşaçılar xeyli üzülüb.


Müəllif: Könül

Oxşar xəbərlər