İŞİD terror qruplaşmasının 7 minə yaxın döyüşçüsü Əfqanıstanda yerləşir.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
"Biz Əfqanıstanda hərbi şəraitin deqradasiyası və terrorçiların aktivləşməsindən narahatıq. Yenə də ən çox narahatlıq doğuran İŞİD-in Əfqanıstan qanadının fəaliyyətidir. Bu bizim Mərkəzi Asiyadan olan dostlarımıza və Rusiyanın cənub regionlarına real təhlükədir".