27 Sentyabr 2017 12:54
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın İdlib bölgəsinə aviazərbələr endirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı “Ən-Nusra Cəbhəsi” terror təşkilatının mövqeləri hədəf götürülüb.

Əməliyyat nəticəsində təşkilatın 5 komandiri öldürülüb. Bununla bağlı Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenko məlumat verib:

“Öldürülənlər Əbu Sulman əs-Səudi, Əbu əl-Abbas Anadin, Əbu Həsən, Valid əl-Mustafa və Əbu Mücahid adlı terrorçulardır”.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya ordusunun general-leytenantı Valeri Asapo Suriyada İŞİD terror qruplaşması üzvlərinin açdığı atəş nəticəsində ölüb.


Müəllif: Samir

Oxşar xəbərlər