Bu gün saat 17:00-dan etibarən Türkiyə İraq Kürd Muxtariyyətinin nəzarətində olan Ərbil və Süleymaniyyə şəhərlərinə uçuşları dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım məlumat verib. Onun sözlərinə görə, bu addım İraq hökumətinin məlum qərarına uyğun olaraq atılıb.
"Ərbil və Süleymaniyyədəki günahsız insanları, vətəndaşlarımızı daşımaq üçün özəl təyyarələrdən istifadə olunacaq. Beləliklə də, onların bu cür məsələlərdə Türkiyənin zarafat etmədiyini anlamasını istəyirik. Tədbirlərimiz bununla bitməyəcək. Ardıcıl şəkildə atacağımız addımları ictimaiyyətə açıqlayacağıq", deyə B.Yıldırım qeyd edib.