Hindistanda dini ayin zamanı izdihamda 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Hindistanın Ganj şəhərində olub. Yaralılar Bihar əyalərinin xəstəxanasına aparılıb.
Qeyd edək ki, Hindistanda dini festivallar zamanı təhlükəsizlik tədbirlərində nöqsanlar səbəbindən belə hallar daim yaşanır.
2013-cü ildə Hindistanın Madyh Pradüş əyalətində izdiham nəticəsində qadın və körpələrin çoxluq təşkil etdiyi 110 nəfər ölüb.