6 Noyabr 2017 00:26

ABŞ-ın Texas ştatının Sazerlend-Sprinqs şəhərindəki kilsələrdən birində silahlı atışma olub.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs kilsəyə daxil olaraq içəridəki insanlara atəş açıb.

Hadisə nəticəsində 27 nəfərin öldüyü, 22 nəfərin yaralandığı bildirilir. Yaralananlar arasında iki azyaşlı var. Yaralılar helikopterlə xəstəxanaya yerləşdirilib. Cinayətkarın zərərsizləşdirildiyi bildirilir.


Müəllif: Teleqraf.com
Загрузка...