İraq Kürd Muxtariyyətinin sabiq lideri Məsud Bərzani ABŞ-ın NPR radiosuna açıqlama verib.
Teleqraf.com-un məlumatına görə, o, ABŞ-ın kürdlərə dəstək verməməsindən təəssüfləndiyini bildirib:
“ABŞ hər zaman kürdlərin yanında olub. Vaşinqtonun İraq güclərinin hücumuna göz yumacağını gözləmirdik. Düşünürəm ki, ABŞ-la əlaqələrimizə nəzər yetirməliyik”.
Bərzani açıqlamasında Rusiyanın İraq Kürdüstanındakı referendumu dəstəklədiyini deyib: “Fikrimcə, Rusiya ABŞ-dan daha yaxşı dostdur”.
Qeyd edək ki, İraq Kürd Muxtariyyətində qondarma müstəqillik referendumu bu il sentyabrın 25-də baş tutub. Nəticələrin açıqlanmasından sonra İraq ordusu Kürdüstana hücum edərək, bu bölgədə nəzarəti bərpa edib.