10 Noyabr 2017 23:20
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Binəli Yıldırım "Paradise Papers" sənədlərinə əsaslanaraq Yıldırım ailəsinin biznesi haqda yazılar dərc edən“Cumhuriyət” qəzetini məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, baş nazir qəzetə qarşı 250 min manatlıq mənəvi təzminat iddiası irəli sürüb.

Qeyd edək ki, “Cumhuriyət” qəzeti ““Panama Papers”dən sonra məmurlar haqda "zənginlərin başı indi də “Paradise Papers”lə dərddə” sərlövhəli məqalə ilə çıxış edib. Yazıda Rusiya, Çin, İngiltərə, Kanada, ABŞ və Türkiyə məmurları, iş adamları haqqında sensasion məlumatlar yer alıb.

Söhbət “Cumhuriyet”, “Süddeutsche Zeitung”, “The Guardian”, “New York Times”, “Le Monde”, “El Confidencial”, “Columbia Journalism School” ve BBC-nin də daxil olduğu 96 media orqanını təmsil edən 382 jurnalistin bir il boyunca üzərində işlədiyi 13.4 milyondan çox sənəddən gedir.

“Paradise Papers”in araşdırması Türkiyə baş naziri Binəli Yıldırımın oğulları Erkam Yıldırım və Bülent Yıldırımın şirkətlərini də üzə çıxarıb. Bildirilir ki, Bülent ve Erkam Yıldırım “Hawke Bay Marine Co Ltd ve Black Eagle Marine Co Ltd” adlı iki şirkətin səhmdarlarıdır. Sənədlərdə əsas səhmdarın - Erkam Yıldırımın iki şirkətin də direkoru olduğu bildirilir.

B.Yıldırım övladlarının biznesinin olduğunu inkar etməyib və onların fəaliyyətinin qanunla tənzimləndiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər