11 Noyabr 2017 14:58
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Husi üsyançılarının Səudiyyə Ərəbistanı paytaxtına atdığı ballistik raket İran istehsalıdır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Qətərdəki Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlıq Qərargahının yüksək rütbəli rəsmilərindən olan general Cefri Harrigian Dubayda jurnalistlərə açıqlamasında deyib:

“Ər-Riyada atılan ballistik raket İrana məxsus olub. Raketin hissəcikləri üzərindəki nişanələr də bunu göstərir və sübut edir.

Hazırda hərbi ekspertlər Yəmənin hava məkanı, limanları və sərhədlərinin Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası qüvvələrinin nəzarətində olmasına baxmayaraq, bu raketin İrandan husilərə necə və hansı yollarla çatdırılması məsələsini müəyyənləşdirməyə çalışırlar”.


Müəllif: Samir

Oxşar xəbərlər