Noyabrın 12-də Gürcüstanda bəzi şəhərlərində yerli özünün idarəetmə orqanlarına seçkilərin ikinci turu keçiriləcək.
Bu turda Kutaisi, Xaşuri, Kazbeqi, Borjomi, Ozurqeti və Martvili şəhərlərinin merləri seçiləcək.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sözçüsü Anna Mikeladze bildirib ki, ikinci tur seçkiləri ümumilikdə 317 seçki məntəqəsində keçiriləcək. Bu 6 majoritar dairədə 328 min 272 seçici qeydə alınıb. Səsvermə səhər saat 8:00-da başlayacaq, 20:00-da başa çatacaq.
Xatırladaq ki, Gürcüstanda yerli seçkilərin birinci turu oktyabrın 21-də keçirilmişdi. Birinci turda yuxarıda adları çəkilən şəhərlərdə mer postu uğrunda mübarizə aparan namizədlərin heç biri 50,1 faiz səs toplaya bilməmişdi./Azərtac/