ABŞ Prezidenti Donald Trampın böyük qızı İvankanın Hindistana səfəri ərəfəsində Delhi rəhbərliyi bəzi qərarlar qəbul edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərarlar ölkənin bütün şəhər və kəndlərinə aid edilib.
İlk qərara görə, Heydərabad şəhərində küçələrdə qalan yüzlərlə evsiz reablitasiya mərkəzinə aparılıb. Onlar İvankanın səfəri başa çatana qədər orada zorla saxlanılacaq.
Bəzi şəhərlərdə isə evsizlər həbsxanalara aparılıb. Ümumilikdə 6 mindən çox evsizin həbsxana həyatı yaşadığı bildirilib.
Bundan başqa, ölkədə dilənmək qadağan edilib.
Qeyd edək ki, İvanka noyabrın 28-də Hindistana 3 günlük səfərə edəcək.