16 Noyabr 2017 01:14
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüsseldə kütləvi iğtişaş olub.

Teleqraf.com xəbər verir ki, polis xüsusi təyinatlıları iğtişaş iştirakçılarına qarşı güc tətbiq edib.

Bir qrup gənc sosial şəbəkədə insanları hakimiyyətə qarşı mübarizə aparmaq üçün meydanlara dəvət edib. Küçəyə çıxan gənclər mağazaların şüşələrini sındırıb, avtomobilləri əziblər.

Polis rezin güllə və gözyaşardıcı qazlardan istifadə edib.

Aksiya dağıdılıb, saxlanılanlar var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər