Qırğızıstan Prezidenti Almazbek Atambayevin mətbuat konfransında maraqlı hadisə baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “De-fakto” qəzetinin baş redaktoru Amantur Musaqulov prezidentdən saatını istəyib. O bildirib ki, yuxuda prezidentin ona saat hədiyyə etdiyini gördüb.
Atambayev saatını açaraq, jurnalistə verib və zarafatla “Yaxşı ki, şalvarımı istəmədin”, - deyib.