Rusiya Federal Şurasının Dağıstandan olan üzvü Süleyman Kərimovun Fransada saxlanılma səbəbi açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, şuradakı mənbənin məlumatına görə, Kərimovun saxlanılmasına səbəb onun diplomatik pasportu olmadan Fransaya səyahət etməsi olub.
Məsələyə rəsmi Kreml də münasibət bildirib. Məlumatda deyilir ki, Kərimov Fransaya şəxsi məqsədlər üçün gedib.
Dərbənddə doğulan Süleyman Kərimov milliyyətcə ləzgidir.