Sonuncu seçkilərdə ABŞ prezidentliyə namizəd olmuş Hillari Klinton ölkənin sabiq prezidenti Barak Obamanı ittiham edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, seçkilərdə uduzmasında Obamanı günahkar bilib:
“Prezident postunda olan şəxsin rəhbərlik etdiyi partiyanın tərkibində mübarizə aparmaq çox çətindir. Onun səhvləri mənim uduzmağıma səbəb olub.
Buna baxmayaraq, mən Obama administrasiyası ilə işlədiyim üçün qürur duyuram”.
Xatırladaq ki, Hillari Klinton Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın dövlət katibi postunu tutub.