23 Noyabr 2017 20:00
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Reks Tillerson ilk dəfə Arakan müsəlmanlarının məruz qaldığı zorakılığı etnik təmizləmə adlandırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tillerson noyabrın 15-də Myanmaya səfəri və keçirdiyi görüşlərdən sonra yazılı bəyanat verib: “Bu bir etnik təmizləmədir, ona təcili son qoyulmalıdır. Myanma ordusunun 25 avqust hücumunu bir daha qınayırıq.

Myanma ordusu və təhlükəsizlik qüvvələrinin qanun pozuntuları nəticəsində yüz minlərlə qadın, uşaq və kişi ev-eşiyini tərk edərək Banqladeşə sığınmasına məcbur olub. ABŞ bu hərəkətə görə məsuliyyət daşıyanların məhkəmə qarşısına çıxarılması üçün əlindən gələni edəcək.

Artıq Arakanda zorakılıq törədən Myanma təhlükəsizlik qüvvələri mənsubları üçün sanksiyalar hazırlayırıq. Arakanda baş verən etnik təmizləmə planlı və mütəşəkkil şəkildə baş verib”.

Xatırladaq ki, Tillersondan əvvəl BMT-nin İnsan Haqları üzrə Ali komissarı Zeyd Raad Hüseyn Myanma ordusunun Arakandakı hərbi əməliyyatlarını tam bir etnik təmizlənmə nümunəsi adlandırmışdı.

Qeyd edək ki, Myanma ordusunun silahlı hərbçilərlə mübarizə adı altında Arakana etdiyi hücumlarda bu ilin 25 avqustundan bu yana minlərlə müsəlman həlak olub və ölkəsindən didərgin düşüb.

Hücumlar nəticəsində 300-ə yaxın kənd məhv edilib, 600 mindən çox arakanlı müsəlman Banqladeşə sığınmaq məcburiyyətində qalıb.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər