25 Noyabr 2017 18:01
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə yerləşən Eyfel qülləsinin işıqları söndürülüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Misirin Ariş şəhərindəki məscidə edilən qanlı hücum olub.

Hücumda ölənlərin xatirəsinə hörmət əlaməti olaraq qüllənin işıqları bir neçə dəqiqəlik söndürülüb. Bununla bağlı açıqlamasında Paris meri Anne Hidanqo ölənlərin ailələrin və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, hücum zamanı 235 nəfər həlak olub, 130 nəfər yaralanıb. Hücumdan sonra keçirilən əməliyyat zamanı 15 terrorçu zərərsizləşdirilib.


Müəllif: Samir

Oxşar xəbərlər