Ukrayna ordusunun Donbasın silahlılardan təmizlənməsi ilə bağlı hazırladığı hücum əməliyyatı uğursuzluqla nəticələnib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “TSN” telekanalı etibarlı mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, hücum planı geniş ərazini əhatə edirmiş: “Ukrayna Silahlı Qüvvələri hücum edərək Qorlovkaya qədər ərazini silahlılardan təmizləməli və qondarma Donetsk Xalq Respublikasının sərhədlərinə yaxınlaşmalı idi.
Ancaq hücum planı ifşa edildi və Ukrayna ordusunun qarşısı alındı”.