25 Noyabr 2017 16:29
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı iki ölkə arasındakı strateji tərəfdaşlığı bir daha təsdiq etdi.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözlər Ağ Evin liderlərin telefon danışığı bağlı yaydığı məlumatda yer alıb:

“Tramp Rakka əməliyyatlarının sonu, İŞİD-ə qarşı mübarizə və Suriyadakı fəaliyyətlə bağlı Ərdoğanı məlumatlandırıb”.

Liderlər Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyini vurğulayıblar. Ərdoğan və Tramp Suriyada müharibənin başa çatması, suriyalıların evlərinə dönməsi və siyasi danışıqların başlaması məsələsini müzakirə ediblər.

Qeyd edilib ki, telefon danışığı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə baş tutub.


Müəllif: Samir

Oxşar xəbərlər