Yaponiyanın məşhur avtomobil istehsalçısı “Honda” Çin bazarından 3 min 524 ədəd avtomobili yan güzgülərdəki qüsurla əlaqədar geri çağırır.
Teleqraf.com xəbər verir ki, Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına görə, geri çağırılan avtomobillər 2013-1017-ci illərdə idxal edilmiş “Acura MDX” və 2014-2015-ci illərdə buraxılan “Acura TLX” modelləridir.
Administrasiya mütəxəssislərinin qənaətinə görə, avtomobillərin yan güzgülərinin idarəetmə sisteminə ehtimal olunan sürtünmə əsas güzgünün fəaliyyətinin bloklanmasına gətirib çıxara bilər. Bu da öz növbəsində sürücünün avtomobilin arxa görünüş güzgüsündən istifadəsini çətinləşdirməklə təhlükəli halların yaranmasına səbəb ola bilər.
Qüsurlu avtomobillərin geri çağırılması prosesinə gələn ilin yanvarından başlanılacaq. Qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.