28 Noyabr 2017 01:19
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.11.27 23:18

İraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində 9 dinc sakin ölüb və yaxud yaralanıb.

Teleqraf.com xəbər verir ki, insident şəhərin cənub-qərb hissəsində qeydə alınıb.

Parlayış terrorçu-kamikadze tərəfindən törədilib. İlkin məlumata əsasən, terrorçu-kamikadzelərdən biri özünü partladıb, digəri hərbçilər tərəfindən zərərsizləşdirilib.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

***

İŞİD terror qruplaşması İraqın paytaxtı Bağdadın cənub-şərqində baş vermiş terror aktına görə, məsuliyyəti üzərinə götürüb.

Son məlumata görə, partlayış zamanı 17 nəfər öldürülüb, daha 28 nəfər xəsarət alıb. Terrorçular əvvəlcə dinc sakinlərə avtomat silahlardan atəş açıblar. Sonra onlardan biri özünü partladıb.

İkinci terrorçu isə təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.

Hazırda hadisə yeri əhatəyə alınıb, təhqiqat aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər