30 Noyabr 2017 23:36
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mixeil Saakaşvilinin Ukraynada qalmağını təsdiqləyən sənədin etibarlılıq müddəti uzadılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili məlumat verib.

Keçmiş qubernator bildirib ki, Ukraynanın Miqrasiya Xidməti onun ölkədə qalmağının qanuniliyini təsdiq edən sənədin etibarlılıq müddətini gələn il martın 1-dək uzadıb.

Qeyd edək ki, M.Saakaşvili bundan əvvəl Ukrayna Miqrasiya Xidmətindən onun ölkədə qalmağının qanuniliyini təsdiq edən sənəd alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər