3 Dekabr 2017 12:13
3 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ABŞ və BMT-nin sanksiyalarından kənar enerji sahəsində 6 vacib layihə həyata keçirmək niyyətindədir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İranın Neft Nazirliyinin nümayəndəsi Əmir Talabani açıqlama verib.

Onun sözlərinə görə, ümumi dəyəri 100 milyard olan layihələrin icrası üçün İran Türkiyənin özəl sektorlarına dəvət göndərib.

İranlı nümayəndə bildirib ki, Tehran Türkiyə ilə birgə hərəkətin regional və beynəlxalq aləmdə müsbət qarşılanacağına inanır.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər