Myanma dövlətinin zülmündən qaçaraq Banqladeşə sığınan Rohinqa müsəlmanlarının həyat şəraitini əks etdirən görüntülər yayılıb.
Teleqraf.com xəbər verir ki, görüntüləri İranın "Mehr" agentliyi yayımlayıb.
Banqladeş hökuməti köçkünlərin bəzilərini ölkələrinə qaytarmaq istəsə də, buna nail olmayıblar. Onlar Banqladeşdə ölməyi üstün tutduqlarını, ancaq Myanmaya qayıtmayacaqlarını bildiriblər.
Rohinqa müsəlmanlarının qaldığı düşərgədən görüntüləri təqdim edirik: