4 Dekabr 2017 01:55
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali dini lideri Xamneyinin sözçüsü Əli Əkbər Vilayəti bildirib ki, ABŞ İslamı gözdən salmaq üçün İŞİD-i yaradıb:

"İŞİD-in İslamla heç bir əlaqəsi yoxdur. İŞİD "Blackwater" kimi insan öldürmək üçün pul alan bir təşkilatdır. Tək fərqi İŞİD-in insan öldürməzdən öncə "Allahu Əkbər" deməsidir. Bununla İslamdan öncəki cəhalətə İslam əlbisəsi geydirirdilər".

Əli Əkbər Vilayəti İranın nüvə imkanlarının Qərbdə müzakirəyə çıxarılmasını kəskin şəkildə pisləyib: "İran müdafiə məsələsində heç bir qurumla müzakirə aparmaq fikirində deyil. Biz özümüzü müdafiə etmək üçün heç kəsdən icazə almaq niyyətində deyilik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər