Korsika müstəqillik istəsə, kimsə bunun qarşıdında əngəl ola bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu qalmaqallı açıqlama ilə Korsika Üçün Koalisiyanın lideri Jean-Guy Talamoni çıxış edib.
Qeyd edək ki, bu koalisiya bazar günü keçirilən seçkilərdə 45,36 fazi səs alıb.
“Francs İnter” radiosunda çıxış edən Korsika Liberal Partiyasının lideri Talamoni bəyan edib ki, Korsika adası artıq yeni mərhələyə daxil olub:
“Əgər Korsikada çoxluq müstəqillik istəsə, heç kim bunun qarşısında dura bilməz. İki ildir ki, Korsikada bəzi şeylər olur, fəqət Paris rəsmiləri özlərini görməzliyə vururlar”.
Korsika ilə Katoloniya arasında paralellər aparılmasının dəb halını aldığını xatırladan Talamoni buna qarşı olduğunu bəyan edib:
“Korsika Katoloniya deyil. Katoloniya inkişaf etmiş varlı bir bölgədir. Korsika isə son illər kasıblayan bir ərazidir. Korsikanın inkişafı üçün 10 il zamana ehtiyacı var. Bu, baş verdikdən sonra müstəqillik haqqında düşünmək olar və buna da korsikalıların özləri qərar verəcək”.
Qeyd edək ki, Korsika Adasınında yerli idarəçilik və Məclisin 63 üzvünü seçmək üçün 234 min seçici səsvermədə iştirak edib. Seçicilərin 45,36 faizi Korsika Üçün Koalisiyaya səs verib. Bu ay adada seçkilərin ikinci turu keçiriləcək.