Almaniyanın Avtomobil Nəqliyyatı Federal İdarəsi təxminən 57,6 min "Volksvagen Touareg" avtomobilini geri çağırır.
Teleqraf.com xəbər verir ki, onlardan 25,8 mini daxilə, qalanları isə digər ölkələrə satılan avtomobillərdir. Səbəb avtomobillərdə işlənmiş qaz təmizləyici sistemdə yaranmış nasazlıqdır.
Volksvagen konserni artıq həmin avtomobillərin istehsalında lazımi dəyişikliyi etdiyini bildirib.