Fələstinin “Həmas” hərəkatı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması barədə qərarına etiraz olaraq üçüncü “intifada”nın (fələstinlilərin İsrail işğalına qarşı başlatdığı müqavimətin adı) başlandığını elan edib.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu “Həmas”ın mətbuat katibi Abdulativ Alkanu deyib.
"Biz ABŞ-a qərarının ləğvi üçün təzyiq göstərmək və etirazları davam etdirmək məqsədilə üçüncü "intifada"nın başlandığını bildiririk. Artıq Qəzza zolağında "intifada"nın başlanması səbəbilə etirazlar artır", - A.Alkanu vurğulayıb.