Rusiyanın ABŞ-dakı diplomatik korpusuna məxsus şəhərcik satılmalıdır.
Teleqraf.com “Vaşinqton Post” nəşrinə istinadla xəbər verir ki, bu təkliflə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
Qəzetin yazdığına görə, Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) üzvləri ilə Ağ Evdə keçirdiyi görüşdə bu barədə danışıb.
O bildirib ki, Rusiyanın bu mülkləri ABŞ-ın hərbi obyektlərinə yaxındır və Moskva onlardan casusluq məqsədi ilə istifadə edir:
“Mən Reks Tillersona dedim ki, rus mülklərini onlara verməyəcəyik”.