Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı gərginlik yaranıb.
Teleqraf.com xəbər verir ki, iqtisadiyyat naziri Nihat Zeybəkçinın çıxışı zamanı şair Nəcib Fazıl Qısakürəyin 16 aprel 1976-cı ildə səsləndirdiyi “Bizdəki müxalifət iqtidarı yıxmaq üçün Vətəni belə yıxmağa hazırdır” fikirlərini təkrarlayıb.
Nazirin bu sözlərinə CHP-çi deputat Əngin Özqoç sərt reaksiya verib. Digər deputatlar gərginliyin artmasına imkan verməyiblər.