19 Dekabr 2017 00:59
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qanun layihəsinə veto qoymasından dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri Tereza Meyə zəng edib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, danışıq əsnasında Fələstində iki dövlətli çözümün ən doğru yol olduğu barədə razılıq ifadə edilib. ABŞ-ın BMT-dəki son qərarının yaranan böhranlı vəziyyət üçün narahatlıq yaratdığı bildirilib.

Xatırladaq ki, Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Metyu Raykroft BMT-dəki toplantıda İngiltərə səfirinin Təl-Əvivdə qalacağını açıqlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər