19 Dekabr 2017 10:20
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə səfərindən qayıdan Liviyanın Misurata şəhər bələdiyyəsinin sədri hava limanından qaçırılaraq öldürülüb.

Teleqraf.com xəbər verir ki, bələdiyyə sədri Məhəmməd İştevu Ankara səfəri zamanı Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Səfəri başa vuran Məhəmməd İştevu bazar günü Misurata hava limanından qaçırılıb. Onun cəsədi şəhər xəstəxanalarının birində tapılıb.

Cəsədin üzərində güllə yaraları aşkar edilib. Bələdiyyə sədri qaçırılarkən qardaşı da yanında olub.


Müəllif: Cavad

Oxşar xəbərlər