19 Dekabr 2017 14:31
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili rəhbərlik etdiyi “Yeni güclərin hərəkatı” partiyasının mitinqləri dayandırdığını bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Oktyabr sarayı önündə baş verən insident olub:

“Müxalifət demokratiyanın ən vacib hissəsidir. Müxalifətsiz siyasət avtoritarizm və diktaturadır”.

Saakaşvili qeyd edib ki, fasilə qısa müddətlikdir və onlar mitinqləri davam etdirəcəklər.

Qeyd edək ki, məlum insident zamanı azı 60 nəfər yaralanıb.


Müəllif: Samir

Oxşar xəbərlər