21 Dekabr 2017 14:11
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisi cümhuriyyət tarixinin ən böyük əməliyyatını həyata keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İstanbul polis idarəsi məlumat yayıb.

Əməliyyat zamanı 13 nəfər saxlanılıb. Axtarışlar zamanı həmin şəxslərin evindən qaçaqmalçılıq yolu ilə əldə olunan 26456 ədəd tarixi əsər aşkar edilib. Əsərlərin Bizans, Roma və Orta əslər dövrünə aid olduğu qeyd edilib.

Əməliyyata hazırlığın 3 ay davam etdiyi bildirilib.

Əsərlər İstanbul Arxeologiya Muzeyinə təhvil veriləcək.


Müəllif: Samir

Oxşar xəbərlər