Rusiyanın Suriyada keçirdiyi əməliyyat zamanı İŞİD terror təşkilatının tərkibində döyüşən 2800 rus silahlısı öldürülüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu nazirlikdə keçirilən kollegiya iclasında deyib.
İclasda iştirak edən Rusiya Prezidenti Vladimir Putin rus ordusunun Suriyadakı əməliyyatlarda iştirakını qiymətləndirib. O bildirib ki, Rusiya ordusu Suriyada yüz minlərlə insanı xilas edib:
“Bununla Rusiya ordusu terrorçuluqla mübarizədə gücünü və effektivliyini göstərdi”.